Müdafiənin lideri "İnter"in yeni müqavilə təklifini rədd etdi - SƏBƏB

Müdafiənin lideri "İnter"in yeni müqavilə təklifini rədd etdi - SƏBƏB

"İnter"in müdafiəçisi Milan Şkrinyar klubunun yeniu müqavilə təklifini geri çevirib.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi saytı vasitəsi ilə Canluka Di Martsio yayıb.

Xəbərə görə, İtaliya nəhəngi Şkrinyara illik 6 milyon əməkhaqqı fonunda yeni anlaşma təklif etsələr də, futbolçu 8 milyon maaş istəyib və bu üzdən tərəflər razılığa gələ bilməyib. Mənbə klub idarəçilərinin ümidlərini itirmədiklərini, müdafiənin liderinin fikrini dəyişəcəyinə inandıqlarını da açıqlayıb.

Qeyd edək ki, 27 yaşlı Şkrinyar 2017-ci ildən "qara-göylər"in formasını geyinir. Onun Milan təmsilçisi ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər