MPL: “Zirə” “Neftçi”ylə, “Sumqayıt” “Turan Tovuz”la “sülh” bağladı

MPL: “Zirə” “Neftçi”ylə, “Sumqayıt” “Turan Tovuz”la “sülh” bağladı

Bu gün futbol üzrə Misli Premyer Liqasında 7-ci turun oyunları start götürüb. 

Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun ilk günündə 2 oyun keçirilib.

Açılış oyunu Sumqayıtda baş tutub. "Gənclik şəhəri" təmsilçisi "Kapital Bank Arena"da "Turan Tovuz"u qəbul edib. Çempionata inamlı başlayan, ancaq son iki turda eyni hesablı (0:1) məğlubiyyətlərə üzülən "Sumqayıt" gedişatı dəyişmək üçün rəqibini əliboş yola salmaq əzmindəydi. Bu mövsüm qazandığı bütün (3) qələbələri rəqib meydanlarında bayram edən "qərb təmsilçisi" də bu uğurlu seriyanı davam etdirməyə çalışıb. Amma tərəflər yekunda qolsuz heç-heçəyə razılaşıblar.

Günün digər qarşılaşması isə turun mərkəzi görüşü olub. Belə ki, çempionata əla başlayan və 6 turdan sonra zirvədə qərarlaşan "Zirə" paytaxt derbisində "Neftçi" ilə münasibətlərinə aydınlıq gətirib. İlk dövrə ərzində "Qarabağ" və "Sabah" kimi çempionluğa əsas namizədləri məğlub etməyi bacaran Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda "ağ-qaralar"ı da yenə bilsə, bu, "qartallar" üçün önəmli üstünlük olacaqdı. Hələki qeyri-sabit nəticələri ilə diqqət çəkən "Neftçi" də ilk "üçlük"dən uzaq düşməmək üçün səfərdən qalib dönməyə çalışıb. Amma yekunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Qeyd edək ki, "Sabah" - "Kəpəz" və "Səbail" - "Araz-Naxçıvan" görüşləri sabah, "Qəbələ - "Qarabağ" bağlanış matçı isə bazar ertəsi baş tutacaq.    

Misli Premyer Liqası VII tur 23 sentyabr 

“Sumqayıt” – “Turan Tovuz” 0:0 Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Vüsal Məmmədov, Nicat İsmayıllı VAR: Tural Qurbanov AVAR: Əli Əliyev Hakim-inspektor: Feyzulla Feyzullayev AFFA nümayəndəsi: Elgiz Abbasov “Kapital Bank Arena”

Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 4. İsa Suliman, 10. Kamran Aliev, 9. Erik Sorqa Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 12. Abu Dosso, 18. Kristian Velinovski, 71. Masaki Murata, 60. Tresor Mossi Məşqçi: Mübariz Orucov

Turan Tovuz: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 99. Veysəl Rzayev, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 9. Belajdi Pusi, 79. Martin Petkov Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 60. Səbayıl Bağırov, 8. Piruzi Marakvelidze, 7. Luis Paçu, 80. Otto Con, 11. Ayxan Quseynov Baş məşqçi: Ayxan Abbasov  

“Zirə” – “Neftçi” 1:1 Qollar: Qismət Alıyev, 44-pen - Yuri Matias, 22. Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Elşad Abdullayev, Emin Əliyev VAR: Cavid Cəlilov AVAR: Kamran Bayramov Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov Zirə OİK stadionu

Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 4. Ruan Renato, 28. Abbas İbrahim, 7. Filipe Paxtman, 6. Eldar Quliyev, 19. Salifu Suma. Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 23. Andriya Lukoviç, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila. Baş məşqçi: Rəşad Sadıqov. Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 4. Mark Tamaş, 5. Kenni Sayef, 23. Ataa Caber, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon. Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdes, 25. Aaron Olanare, 99. Ervin Koffi. Baş məşqçi: Adrian Mutu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər