MPL: "Turan Tovuz" "Karvan-Yevlax"ı qəbul edir, "Neftçi" "Şamaxı"yla qarşılaşır

MPL: "Turan Tovuz" "Karvan-Yevlax"ı qəbul edir, "Neftçi" "Şamaxı"yla qarşılaşır

Bu gün Misli Premyer Liqasında 31-ci tura yekun vurulur.

Fanat.Az xəbər verir ki, turun son günündə 3 matç baş tutacaq.

Əvvəlcə  “Turan Tovuz” doğma meydanda “Karvan-Yevlax”ı qəbul edəcək. Saat 17:00-da başlayacaq qarşılaşmanı Premyer Lİqada debüt oyununa təyinat alan Əkbər Əhmədov idarə edəcək. 

Tur Bakıda başa çatacaq. "Neftçi" evində "Şamaxı"nı qonaq edəcək. Dördüncü yerdə qərarlaşan "ağ-qaralar" bölgə təmsilçisini məğlub edə bilsə, mövqeyini möhkəmləndirə biləcək.

Qeyd edək ki, turun digər görüşlərində "Sabah" "Kəpəz"ə (0:1), "Araz-Naxçıvan" isə "Sumqayıt"a (1:2) uduzub. "İmişli" – "Zirə" (0:0) və "Qəbələ" - "Qarabağ" (1:1) matçlarında qalib müəyyənləşməyib.  

Misli Premyer Liqası 31-ci tur 10 may 

17:00. “Turan Tovuz” – “Karvan-Yevlax” Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Niyaz Əhmədov VAR: Elçin Məsiyev, Namiq Hüseynov Hakim-inspektor: Əmrah İbrahimov  AFFA nümayəndəsi: Eldəniz Musayev Tovuz. Şəhər stadionu.

19:30. “Neftçi” – “Şamaxı” Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Rövşən Rəcəbov VAR: Rəşad Əhmədov, Müslüm Əliyev Hakim-inspektor: Asim Xudiyev AFFA nümayəndəsi: Seymur Səlimli Bakı. “Palms Sports Arena”.

MPL: "Turan Tovuz" "Karvan-Yevlax"ı qəbul edir, "Neftçi" "Şamaxı"yla qarşılaşır

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər