MPL: "Sabah"dan əzmkar qələbə, "Zirə" "Şamaxı"ya uduzdu

MPL: "Sabah"dan əzmkar qələbə, "Zirə" "Şamaxı"ya uduzdu

Bu gün Misli Premyer Liqasında 4-cü tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, turun son oyun günündə iki matç baş tutub. 

Əvvəlcə bu yay ölkəmizi Konfrans Liqasında təmsil edən iki komanda - "Sabah" və  "Sumqayıt" üz-üzə gəliblər. Masazırda reallaşan qarşılaşma "Sabah"ın qələbəsi ilə yekunlaşıb. Hesabda geri düşən meydan sahibləri geridönüş edə biliblər.

Günün və ümumiyyətlə turun son qarşılaşmasında isə "Zirə" ilə "Şamaxı" münasibətlərinə aydınlıq gətiriblər. Ayxan Abbasovun komandası Zirədə minimal hesabla qalib gəlib. 

Qeyd edək ki, tur çərçivəsində cümə və şənbə günü keçirilən oyunlarda "Səbail" "Kəpəz"i 4:0, "Turan Tovuz" "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib, "Araz Naxçıvan" - "Neftçi" matçında isə qalib müəyyənləşməyib. 

Misli Premyer Liqası  4-cü tur  25 avqust

“Sabah” – “Sumqayıt” 3:1 

Qollar: Namik Ələskərov, 43. Safranko, 53. Sekidika, 77 -  Fernando Da Silva, 12.

"Sabah”: 1. Yusif İmanov, 10. Namik Ələskərov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 44. Sofian Çakla, 18. Pavol Safranko, 70. Cesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 21. İldar Alekperov, 22. Abdulla Rzayev, 33. Camal Cəfərov, 88. Xəyal Əliyev, 40. İqor Noqeyra, 99. Neqoş Kupusoviç

Baş məşqçi: Krunoslav Renduliç

"Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Rəhim Sadıxov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 3. Slaviça Radoviç, 11. Fernando Da Silva, 9. Nikola Vuynoviç, 23. Cordan Rezabala

Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 2. Sertan Taşkın, 30. Kamran Quliyev, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 60. Tresor Mossi

Baş məşqçi: Samir Abasov

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev VAR: Nicat İsmayıllı AVAR: Cəmil Quliyev Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: Elgiz Abbasov “Bank Respublika Arena”

“Zirə” – “Şamaxı” 0:1 

Qol: Leroy Mikels, 16.

“Zirə”: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 5. Stefan Aka (k), 3. Ange Mutsinzi, 28. Abbas İbrahim, 18. Martins Junior, 19. Salifu Suma. Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 99. Səlim Həşimov, 32. Qismət Alıyev, 91. Murad Ələkbərov, 4. Ruan Renato, 90. Davit Volkov, 10. Giorgi Papunaşvili, 23. Rafael Utziq, 15. Pyer Zebli, 6. Eldar Quliyev Baş məşqçi: Rəşad Sadıqov

“Şamaxı”: 1. Rikardo Fernandes, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 22. Qurban Səfərov, 82. Rüfət Abbasov, 32. Vasiliye Radenoviç, 20. Leroy Mikels, 93. Brahim Konate, 7. Giorgi Kantariya, 9. Belajdi Pusi, 66. Vasiliye Bakiç Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 17. Rafael Məhərrəmli, 80. Zahid Mərdanov, 5. Arsen Ağcabəyov, 97. Elşad Tağıyev,6. Rauf Rüstəmli, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli, 11. Conatan Benteke Baş məşqçi: Ayxan Abbasov

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Rəşad Əhmədov VAR: Əliyar Ağayev AVAR: Şirmamed Mamedov Hakim-inspektor: Əmrah İbrahimov AFFA nümayəndəsi: Anar Şixəliyev Zirə İK stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər