MPL: "Sabah" startda büdrədi, "Zirə" darmadağınla qalib gəldi

MPL: "Sabah" startda büdrədi, "Zirə" darmadağınla qalib gəldi

Cümə günü start götürən Misli Premyer Liqasında I tura bu gün yekun vurulub.

Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə iki matç keçirilib.

UEFA Konfrans Liqasında çıxışını davam etdirən “Sabah”la “Zirə” ev matçına çıxıblar. 

Krunoslav Renduliçin komandası “Şamaxı” ilə oyunda 2 topluq üstünlük əldə etsə də, xal itkisi ilə üzləşib. Ayxan Abbasovun komandası məğlubiyyətdən qaça bilib. Qeyd edək ki, bu görüş Şamaxıda baş tutmalı idi. Ancaq "Makkabi Hayfa" ilə oyunda çox güc itirən "Sabah"ın xahişinə əsasən Masazır təmsilçisinə ev sahibi statusu verilib.

Turun bağlanış matçında Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda “Səbail”lə görüşüb. Paytaxt derbisində də 4 qol vurulub. Ancaq "Zirə" meydandan qalib ayrılmağı bacarıb.

Qeyd edək ki, turun digər oyunlarında "Qarabağ" "Araz Naxçıvan"ı 4:1, "Sumqayıt" "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib, "Neftçi" isə "Turan Tovuz"un müqavimətini qıra bilməyib (0:0).

Misli Premyer Liqası  1-ci tur 4 avqust 

“Sabah” - "Şamaxı" 2:2 

Qollar: Namik Ələskərov, 16. Xəyal Əliyev, 38  -  Rüfət Abbasov, 44. Belajdi Pusi, 53.

"Sabah": 1. Yusif İmanov, 10. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 22. Abdulla Rzayev, 88. Xəyal Əliyev, 44. Sofian Çakla, 70. Cesse Sekidika (k), 13. İvan Lepiniça, 99. Neqoş Kupusoviç Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 4. Elvin Camalov, 2. Amin Seydiyev, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Pavol Safranko Baş məşqçi: Krunoslav Renduliç

"Şamaxı": 1. Rikardo Fernandes, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 17. Rafael Məhərrəmli, 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 32. Vasiliye Radenoviç, 11. Conatan Benteke, 7. Giorgi Kantariya, 9. Belajdi Pusi, 66. Vasiliye Bakiç Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 5. Arsen Ağcabəyov, 97. Elşad Tağıyev, 22. Qurban Səfərov, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli Baş məşqçi: Ayxan Abbasov

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev VAR: Tural Qurbanov AVAR: Elşad Abdullayev Hakim-inspektor: Vüsal Əliyev AFFA nümayəndəsi: Seymur Səlimli “Bank Respublika Arena”

“Zirə”– “Səbail” 4:1 

Qollar: Davit Volkov, 12, 27, 45+1. İssa Cibrila, 90+5 -  Buali, 49.

“Zirə”: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 8. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 5. Stefan Aka, 4. Ruan Renato (k), 90. Davit Volkov, 6. Eldar Quliyev, 19. Salifu Suma. Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 99. Səlim Həşimov, 32. Qismət Alıyev, 21. Hacıağa Hacılı, 14. Elçin Əlicanov, 17. Şahmar Aşurov, 70. İssa Cibrila, 3. Ange Mutsinzi. Baş məşqçi: Rəşad Sadıqov.

“Səbail”: 1. Hüseynəli Quliyev, 6. Cabir Əmirli (k), 74. Yusif Nəbiyev, 77. Fərid Nəbiyev, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 8. Qorka Laruçça, 44. Amir Bilali, 3. Dmitro Litvin, 21. Ayman Bouali, 14. Suleyman Alluş. Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 18. Süleyman Əhmədov, 15. Vüsal Məsimov, 20. Mert Çelik, 19. Samir Abdullayev, 17. Gülağa Əsədov, 16. Emin Rüstəmov, 7. Madi Queta, 5. Gitay Sofir. Baş məşqçi: Şahin Diniyev.

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev VAR: Nicat İsmayıllı AVAR: Vüsal Məmmədov Hakim-inspektor: Asim Xudiyev AFFA nümayəndəsi: Eldəniz Musayev Zirə İdman Kompleksinin stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər