Misli Premyer Liqasında 3-cü tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, iki görüşü təxirə salınan tur çərçivəsində son oyun Zirədə keçirilib.
"Neftçi" nominal meydan sahibi qismində keçirdiyi matçda "Sabah" ilə üz-üzə gəlib. Paytaxt derbisində hər iki komanda ilk qələbəsini qazanmaq əzmində idi. Görüşdən qalib ayrılan tərəf "Sabah" olub. Masazır təmsilçisi "ağ-qaralar" üzərində inamlı qələbə qazanıb.
Qeyd edək ki, III turun "Şamaxı" - "Qarabağ" və "Zirə" - "Araz-Naxçıvan" qarşılaşmaları təxirə salınıb. Dünən baş tutan görüşlərdə isə "Turan Tovuz" "Kəpəz"i darmadağın (3:0) edib, "Sumqayıt" isə "Səbail"i minimal hesabla (2:1) üstələyib. Misli Premyer Liqası 3-cü tur 18 avqust
“Neftçi” – “Sabah” 0:2
Qollar: Amin Seydiyev, 55. Mikels, 76.
“Neftçi”: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 90. Ramil Şeydayev, 14. Edvin Kuç, 4. Mark Tamaş, 6. Rafael Quzzo, 44. Yuri Matias, 23. Robert Bauer, 11. Kilan Lebon, 88. Andrey Ştoqrin Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 13. Emil Səfərov, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 9. Andre Şinyaşiki, 20. Alfa Konte, 77. Yeqor Boqomolski Baş məşqçi: Roman Qriqorçuk
“Sabah”: 1. Yusif İmanov, 10. Namik Ələskərov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 44. Sofian Çakla, 18. Pavol Safranko, 70. Cesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça Ehtiyat oyunçular: 55. Nicat Mehbalıye, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 21. İldar Alekperov, 22. Abdulla Rzayev, 33. Camal Cəfərov, 88. Xəyal Əliyev, 40. İqor Noqeyra, 99. Neqoş Kupusoviç Baş məşqçi: Krunoslav Renduliç
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Müslüm Əliyev, Fərid Hacıyev VAR: Əliyar Ağayev AVAR: İnqilab Məmmədov Hakim-inspektor: Ömər Paşayev AFFA nümayəndəsi: Emin Cəfərov Zirə. Olimpiya İdman Kompleksinin stadionu.