"Roma" klubu Portuqaliya Futbol Federasiyasının baş məşqçi Joze Mourinyu ilə maraqlanmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "La Gazetta dello Sport" klubun baş direktoru Joau Pintunun dediklərini belə çatdırıb:
“Mourinyunun adı daim Portuqaliya millisi ilə hallandırılır, bu, ilk dəfə deyil. Amma biz Josenin “Roma”dakı vəzifəsində qalacağını gözləyirik”.
Qeyd edək ki, bundan əvvəl Mourinyunun Portuqaliya millisinə keçəcəyi bildirilirdi.
Mirağa