"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyu "Mançester Siti"nin yarımmüdafiəçisi Mateo Kovaçiçin xidmətində maraqlıdır.
Fanat.Az xəbər verir ki, bu barədə "Fotomac" məlumat yayıb.
Xəbərə görə, portuqaliyalı mütəxəssisin istəyini nəzərə alan rəhbərlik 30 yaşlı xorvatiyalının transferi üçün artıq hərəkətə keçib.
Kovaçiç ötən mövsüm "Mançester Siti"nin heyətində 46 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib.
"Transfermarkt" Xorvatiya millisinin oyunçusuna 30 milyon avro qiymət qoyub.
Qeyd edək ki, Kovaçiç 2023-cü ilin yayından "şəhərlilər"in şərəfini qoruyur. O, əvvəllər "Çelsi", "Real Madrid", "İnter" və "Dinamo Zaqreb"də çıxış edib.
Mirağa