Mourinyu ispan ulduzu "Fənərbağça"ya gətirir

Mourinyu ispan ulduzu "Fənərbağça"ya gətirir

İspaniya millisinin və "Atletiko Madrid"in mərkəz hücumçusu Alvaro Morata yay transfer pəncərəsində klubunu dəyişə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb. 

Mənbənin məlumatına görə, 31 yaşlı hücumçunun Türkiyə çempionatında çıxış etmək variantı var. "Fənərbağça"nın yeni baş məşqçisi Joze Mourinyu ispaniyalının xidmətində maraqlanır. Moratanın potensial transfer məbləği 15 milyon avro qiymətləndirilir. Onunla 2026-cı ilin yayına qədər müqavilə imzalanacağı gözlənilir. 

Alvaro Morata ötən mövsüm La Liqada 32 oyun keçirib, 15 qol vurub və 3 məhsuldar ötürmə edib.  Qeyd edək ki, Morata vaxtilə "Real Madrid"də Mourinyunun rəhbərliyi altında çıxış edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər