Mourinyo və İbrahimoviç İstanbulun "Qalatasaray" komandası "Mançester Yunayted"lə qarşılaşacaq.
Fanat.az xəbər verir ki, bu yoxlama qarşılaşması "sarı-qırmızılar"ın İsveç və Danimarkada keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində baş tutacaq. Mourinyonun çalışdırdığı "qırmızı şeytanlar"la "Qalatasaray"ın görüşü iyulun 30-da Bakı vaxtıyla 22:30-da start götürəcək. Tərəflər bir-birini İsveçin Göteborq şəhərində yerləşən "Ullevi" stadionunda sınağa çəkəcəklər.
Qeyd edək ki, son günlər məşhur isveçli futbolçu Zlatan İbrahimoviçin də "Mançester Yunayted"ə keçəcəyi ilə bağlı xəbərlər dolaşır. Bu transfer reallaşsa, İbrahimoviç Mourinyonun rəhbərliyi altında ilk oyununu "Qalatasaray"a qarşı keçirmiş olacaq.
Fanat.az