İtaliyanın "İnter" klubunda fikir ayrılığı yaranıb.
Fanat.Az xəbər verir ki, buna səbəb Joze Mourinyo olub. Belə ki, klubun sahibi Stiven Çjan 57 yaşlı mütəxəssisin komandaya qayıtmasını istəyir. Onun fikrincə, portuqaliyalı məşqçi "İnter"ə əvvəlki şöhrətini qaytaracaq.
Klubun baş direktoru Cuzeppe Marotta isə buna qarşıdı və baş məşqçi postuna Antonio Kontenin gətirilməsini istəyir.
Qeyd edək ki, Mourinyo "İnter”in baş məşqçi postunda 2008 - 2010-cu illərdə çalışıb. Komanda onun rəhbərliyi altında ilk mövsümdə İtaliya çempionu olub. O həmçinin 2010-cu ildə Milan təmsilçisi ilə UEFA Çempionlar Liqasını da qazanıb.
Fanat.Az