İngiltərə Premyer Liqasında V turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, bu gün səfərdə “Uotford”un qonağı olan “Mançester Yunayted” yenə məğlubiyyətə uğrayıb - 1:3.
Joze Mourinyonun rəhbərlik etdiyi komanda ardıcıl 3 oyundu meydandan boynubükük ayrılır. Bundan əvvəlki turda “Mançester Siti”yə uduzan “Qırmızı şeytanlar” Avroliqada da “Feyenoord”dan xal ala bilməmişdi.
Mourinyo karyerası ərzində 3-cü dəfə mövsüm ərzində ardıcıl 3 oyunda meydandan məğlub ayrılır.
Fanat.Az