Morata "İnter" yolunda

Morata "İnter" yolunda
İcarə əsasında "Atletiko"da çıxış edən Alvaro Morata İtaliyaya qayıda bilər.
Fanat.Az "Tuttosport"a istinadən xəbər verir ki, "İnter" Moratanın xidmətində maraqlıdı. "Neradzurri" və "Atletiko" araasında ilkin danışıqların baş tutduğu bildirilir. "İnter" yayda "Barselona"ya keçəcəyi gözlənilən Lautaro Martinesin əvəzedicisini axtarır.
Madrid klubunun yayda 27 yaşlı futbolçunun transfer hüququnu 56 milyon avro qarşılığında "Çelsi"dən alacağı gözlənilir.
Morata daha öncə İtaliya oynayıb. İspan forvard 2014-2016-cı illər aralığında "Yuventus" forması geyinib.
Cari mövsümdə La Liqada 23 matçda meydana çıxan Morata 8 dəfə rəqib qapılarına yol tapıb, 1 dəfə isə məhsuldar ötürmə müəllifi olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər