"Qalatasaray"ın sabiq qapıçısı Əli Fərid Mondraqon yenidən İstanbul təmsilçisinə qayıdır.
Fanat.az xəbər verir ki, kolumbiyalı veteran qolkiper komandada qapıçı məşqçisi işləyəcək.
Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.
Qeyd edək ki, Mondraqon bu postda "sarı-qırmızılar"dan ayrılan Klaudio Taffareli əvəzləyəcək.
Fanat.az