Moldova millisinin üzvü rəsmən Bakı klubunda - FOTO

Moldova millisinin üzvü rəsmən Bakı klubunda - FOTO
Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan "Səbail” heyətinə daha bir futbolçu qatıb. Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi Moldova millisinin futbolçusu ilə güclənib.
Bakılılar Yevgeni Koçukla anlaşıb. 24 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi "Səbail”də çıxış edəcək. Yevgeni Slovakiyanın "Jilina” klubundan icarə əsasında paytaxt təmsilçisinə cəlb olunub.
Qeyd edək ki, yarımmüdafiəçi karyerasına Moldovanın "Daçiya" klubunda başlayıb və 2016-cı ildə "Jilina"ya keçib. O, cari mövsümdə 12 rəsmi oyuna çıxıb. Koçuk 2015-ci ildən çağırıldığı Moldova millisində 4 oyun keçirib.
 
Moldova millisinin üzvü rəsmən Bakı klubunda - FOTO
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər