Ümit Karan azərbaycanlı futbolçunun baş məşqçisi oldu

Ümit Karan azərbaycanlı futbolçunun baş məşqçisi oldu
Şimali Makedoniyanın "Şkupi" komandasının yeni baş məşqçisi müəyyənləşib. 
 
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 
 
Komanda türkiyəli mütəxəssis Ümit Karana tapşırılıb. 44 yaşlı baş məşqçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. 
Karan bu postda sentyabrın 28-də istefaya göndərilmiş Muarrem Bayramini əvəzləyib. 
Qeyd edək ki, Ümit Karan 2018/2019 mövsümündə də "Şkupi"nin baş məşqçisi olub. Komanda cari mövsüm Avropa Liqasının I təsnifat mərhələsində Bakıda "Neftçi"yə 1:2 hesabı ilə uduzub. "Şkupi"də azərbaycanlı futbolçu Elvin Yunuszadə də çıxış edir. 
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər