Misirlə Mərakeş sonda üzüldü, Pireney duelində 6 qollu bərabərlik

Misirlə Mərakeş sonda üzüldü, Pireney duelində 6 qollu bərabərlik

Bu gün dünya çempionatında növbəti oyunlar keçirilib.

 

Fanat.Az-ın məlumatına görə, mundialın 2-ci günüdə 3 duel baş tutub.

 

Öncə futbolsevərlər A qrupunda Misirlə Uruqvayın mübarizəsindən zövq alıb. Oyunda qələbə qazanacaq tərəf qrupdan çıxmaq şansını xeyli yaxşılaşdıracaqdı. "Fironlar" oyun boyu mübariz görünsə də, cənubu amerikalılar son dəqiqə qoluyla istəyinə çatıb.

 

Ardından B qrupunda yetərincə ekzotik matç reallaşıb. Qrupun autsayderləri Mərakeşlə İran üz-üzə gəlib. Qol vəziyyətləri baxımından kasad olan görüşün 4-cü uzatma dəqiqəsində Aziz Buhadduz İranı avtoqolla sevindirib.

 

Günün son qarşılaşması, bəlkə də, qrup mərhələsində ilk turun ən çox maraq doğuran oyunuydu. Son Avropa çempionu Portuqaliya iki gün əvvəl baş məşqçisini dəyişən İspaniya ilə münasibətlərinə aydınlıq gətirib. Qrupdakı mücadiləni lider qismində tamamlamağı hədəfləyən tərəflərin görüşündə 6 qollu bərabərlik qeydə alınıb.

 

 

 

Dünya çempionatı

Qrup mərhələsi, I tur

15 iyun

 

 

 

A qrupu

Misir – Uruqvay 0:1

Qol:Ximenes, 90

Baş hakim: Byörn Kuypers (Hollandiya)

Yekaterinburq, Mərkəzi arena

 

Misir: 23. Məhəmməd Əlşənavi (q), 2. Əli Qabr, 6. Əhməd Heqazi, 7. Əhməd Fəthi (k), 8. Tarek Hamed, 9. Maruan Möhsün, 13. Məhəmməd Əbdül-Şəfi, 17. Məhəmməd əl-Nenni, 19. Abdulla Səid, 21. Mahmud Hassan "Trezeqe”, 22. Amr Varda

Ehtiyat oyunçular: 1. Essam El-Hadari, 3. Əhməd əl-Məhəmmədi, 4. Ömər Qaber, 5. Sem Morsi, 10. Məhəmməd Salah, 11. Mahmud Kəhraba, 12. Ayman Əşrəf, 14. Ramadan Subhi, 15. Mahmud Həmdi, 16. Şərif Əkrəmi, 18. Mahmud Fadlalla "Şikabala”, 20. Saad Samir

Baş məşqçi: Hektor Kuper

 

Uruqvay: 1. Fernando Muslera, 2. Xose Himenes, 3. Dieqo Qodin (k), 4. Qilermo Varela, 6. Rodriqo Bentankur, 8. Naitan Nandes, 9. Luis Suares, 10. Corcian De Arraskaeta, 15. Matias Vesino, 21. Edinson Kavani, 22. Martin Kaseres

Ehtiyat oyunçular: 5. Karlos Sançes, 7. Kristian Rodriqes, 11. Kristian Stuani, 12. Martin Kampanya, 13. Qaston Silva, 14. Lukas Torreyra, 16. Maksi Pereyra,17. Dieqo Laksalt, 18. Maksi Qomes, 19. Sebastyan Koates, 20. Xonatan Urretaviskayya, 23. Martin Silva

Baş məşqçi: Oskar Tabares

 

 

 

B qrupu

 

Mərakeş – İran 0:1

Qol: Buhadduz, 90+4 (avtoqol)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Sankt-Peterburq, "Krestovski” stadionu

 

 

Mərakeş:12. El Kajui (q), 2. Əşrəf Hakimi, 5. Medhi Benatia (k), 6. Romain Saiss, 7. Hakim Ziyeş, 8. Karim El Ahmadi, 9. Əyub El Kaabi, 10. Yunes Belhanda, 14. Mbark Bussufa, 16. Nordin Amrabat, 18. Amine Harit

Ehtiyat oyunçular:1. Yasin Bunu (q), 22. Ahmet Taqnaut (q), 3. Hamza Mendil, 4. Manuel Da Kosta, 11. Faysal Fecr, 13. Xalid Butaib, 15. Yusuf Ait Bennaser, 17. Nabil Dirar, 19. Yusef En Nesri, 20. Aziz Buhadduz, 21. Sofyan Amrabat, 23. Mehdi Karsela

Baş məşqçi:Renar Herve

 

İran:1. Ali Beyranvand (q), 3. Ehsan Hacı Safi, 4. Ruzbeh Çeşmi, 7. Mesud Şojaei (k), 8. Murtaza Puraliqanji, 9. Omid Ebrahimi, 10. Karim Ansarifard, 11. Vahid Amiri, 18. Alirza Cahanbaxş, 20. Sardar Azmun, 23. Ramin Rezaeyan

Ehtiyat oyunçular:12. Raşid Mazahiri (q), 22. Amin Abedzade (q), 2. Mehdi Torabi, 5. Milad Mohammedi, 13. Muhammed Rza Xanzade, 14. Saman Qoddos, 15. Peyman Muntaziri, 16. Reza Qoçannejad, 17. Mehdi Taremi, 19. Majid Hosseini, 21. Aşkan Dejagah

Baş məşqçi:Karluş Keyruş

 

 

 

Portuqaliya – İspaniya 3:3

Qollar: Ronaldo, 4 (pen.), 45, 88 - Dieqo Kosta, 25, 55, Naço, 58

Baş hakim: Canluka Rokki (İtaliya)

Soçi, "Fişt” stadionu

 

Portuqaliya:1.Rui Patrisio (q), 3.Pepe, 5.Rafael Gerrero, 6.Joze Fonte, 7. Kristiano Ronaldo (k), 8. Joao Moutinyo, 11. Bernardo Silva, 14. Villiam, 16. Bruno Fernandes, 17. Qonzalo Quedes, 21. Sedrik

Ehtiyat oyunçular:12. Antoni Lopez (q), 22. Beto (q), 2. Bruno Alves, 4. Manuel Fernandes, 9. Andre Silva, 10. Joao Mario, 13. Ruben Dias, 15. Rikardo, 15. Gelson Martins, 19. Mario Rui, 20. Quarejma, 23. Adrien Silva

Baş məşqçi:Fernando Santos

 

 

İspaniya:1. David de Xea (q), 3. Cerard Pike, 4. Naço Qonzales, 5. Serxio Buskets, 6. Andres İnyesta, 8. Koke, 15. Serxio Ramos (k), 18. Xordi Alba, 19. Dieqo Kosta, 21. David Silva, 22. İsko

Ehtiyat oyunçular:13. Kepa Arrizabalaqa (q), 23. Pepe Reyna (q), 2. Dani Karvaxal, 7. Saul Nigez, 9. Rodriqo, 10. Tyaqo Alkantara, 11. Lukas Vazgez, 12. Alvaro Odriozola, 14. Sezar Azpilikueta, 16. Naço Monreal, 17. Yaqo Aspas, 20. Marko Asensio

Baş məşqçi: Fernando Yerro

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər