Mirça Luçesku: "Qalatasaray"la anlaşdım"

Mirça Luçesku: "Qalatasaray"la anlaşdım"

"Qalatasaray" İqor Tüdorla yola davam edəcəyini açıqlasa da, Türkiyə mətbuatı klub rəhbərliyinin Mirça Luçesku ilə danışıqlar apardığını iddia edir.

Fanat.Az xəbər verir ki, bu gün rumın mütəxəssisla anlaşmanın əldə olunuduğu barədə xəbər yayılıb. Bildirilir ki, Luçesku Türkiyədəki dostlarından birinə "Qalatasaray"la anlaşdım" deyib.

Məlumata görə, "Qalatasaray" rəhbərliyi hazırda Tüdorun müqaviləsini pozmağa çalışır. Xorvat mütəxəssisin bir milyon avro maaş tələb etdiyi, "Qalatasaray"ın isə onu 400 min avro ilə yola salmağa çalışdığı deyilir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər