Mirça Luçesku "Qalatasaray" rəsmiləri ilə görüşdüyünü etiraf edib. Fanat.az xəbər verir ki, rumın mütəxəssis həyat yoldaşı ilə birlikdə İstanbula səfər etdiklərini deyib.
Luçe "Qalatasaray" rəsmiləri ilə Aleks Teyxeyra üçün görüşdüklərini bildirib: "Qalatasaray" rəsmiləri ilə görüşdüm. Aleks Teyxeyra ilə maraqlandıqlarını bildirdilər, mən də məlumat verdim".
O, "Qalatasaray"a qayıdıb-qayıtmamaqla bağlı suala "Başqa məsələlərlə bağlı indi bir şey deyə bilmərəm" cavabını verərək, əslində "Cim-Bom"a qayıdacağının mesajını verib.
Qeyd edək ki, "Şaxtyor" Aleks Teyxeyranı 2010-cu ildə - 20 yaşında "Vasko da Qama"dan 6 milyon avroya transfer edib. 24 yaşlı yarımmüdafiəçi Ukrayna klubunda 155 oyun keçirib və 41 qol vurub.
Fanat.az