“Mingəçevir reqatası-2023” başa çatdı: Azərbaycan 1-ci oldu

“Mingəçevir reqatası-2023” başa çatdı: Azərbaycan 1-ci oldu

​Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Mingəçevir reqatası-2023” beynəlxalq turniri başa çatıb. 

Fanat.Az xəbər verir ki, 8 ölkədən 14 komandanın iştirakı ilə təşkil edilən reqatada Azərbaycan komandası ümumilikdə 20 medal qazanıb.  Onlardan 8 qızıl, 4 gümüş, 8-i isə bürünc əyarlıdır.   Həmçinin komanda hesabında qazanılan medal nisbətinə görə Azərbaycan kayak və kanoe növündə “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinin kubokuna sahib olub. Akademik avarçəkmədə isə kubok Gürcüstan komandasına təqdim edilib.   Qeyd edək ki, “Mingəçevir reqatası” ardıcıl iki ildir Avropa Kanoe Assosiasiyasının (ECA) təqvim planına daxil edilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər