Millimizin üzvü Yunanıstan çempionundan ayrıldı

Millimizin üzvü Yunanıstan çempionundan ayrıldı

Bir müddət əvvəl "Panatinaikos"un heyətində Yunanıstan çempionu olmuş Azərbaycan millisinin voleybolçusu Marqarita Stepanenko klubdan ayrılıb.

Fanat.Az xəbər verir ki, bu barədə Afina təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Hücumçunun komandanın həm çempionatda, həm də ölkə kubokunda qələbə qazanmasında mühüm əməyi olduğu vurğulanıb. Klub ona gələcək karyerasında uğur arzulayıb.

22 yaşlı Stepanenkonun karyerasını harada davam etdirəcəyi hələlik məlum deyil.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər