Millimizin üzvü "Qalatasaray"a qarşı 90 dəqiqə oynadı

Millimizin üzvü "Qalatasaray"a qarşı 90 dəqiqə oynadı

Türkiyə Super Liqasında XII turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın komandası - "Bursaspor" da növbəti matçına çıxıb.

Bursa klubu səfərdə "Qalatasaray"la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.

Deniz Yılmaz bu görüşə də start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, "Bursaspor" hazırda 21 xalla 18 klub arasında 5-ci pillədə qərarlaşıb.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər