Millimizin üzvü Portuqaliya klubuna qələbə qazandırdı

Millimizin üzvü Portuqaliya klubuna qələbə qazandırdı
Portuqaliya Sequndasında XIII turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Renat Dadaşovun forma getindiyi "Eştoril" "Farense"ni qəbul edib. 
Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Renat Dadaşovun 87-ci dəqiqədə vurduğu qol komandasına vacib qələbə qazandırıb. Gənc hücumçu bundan əvvəl, 68-ci dəqiqədə isə sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 26-ya çatdıran "Eştoril" turnir cədvəlində 2-ci pilləyə yüksəlib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər