Millimizin üzvü Macarıstanda kubok qazandı

Millimizin üzvü Macarıstanda kubok qazandı

Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova Macarıstanın “Vaşaş” klubunun heyətində növbəti uğurunu qazanıb.

Fanat.Az xəbər verir ki, təcrübəli blokçumuzun komandası MEVZA (Orta Avropa Voleybol Zona Assosiasiyası) turnirinin qalibi olub. 

“Vaşaş” Vyanada keçirilən yarışın finalında Sloveniyanın “Kalsit” klubu ilə üz-üzə gəlib. Macarıstan təmsilçisi rəqibini çətinlik çəkmədən məğlub edib - 3:0 (25:22, 25:16, 25:19). 

Bununla da Ayşən Abduləzimovanın şərəfini qoruduğu “Vaşaş” mövsümdə ilk beynəlxalq kuboku qazanıb.

Millimizin üzvü Macarıstanda kubok qazandı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər