Millimizin üzvü: "Bu tarixi biz yazdıq”

Millimizin üzvü: "Bu tarixi biz yazdıq”

“Yunanıstan çempionu titulunu qazandığımıza görə çox şadam. “Panatinaikos” 11 il idi ki, çempion adını qazana bilmirdi”.

Fanat.Az xəbər verir ki, bunu Azərbaycan millisinin voleybolçusu Marqarita Stepanenko deyib.

Şərəfini qoruduğu “Panatinaikos”un heyətində Yunanıstan çempionu olan hücumçu qazanılan uğur barədə təəssüratlarını Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti ilə bölüşüb:

 “Bu qələbə komandamız üçün tarixi hadisə oldu. Bu tarixi biz yazdıq. Qələbədə mənim də payım olduğu üçün xoşbəxtəm. Ümumiyyətlə, çempionatımız çox maraqlı oldu. Qızıl medal qazanmaq üçün çox çalışdıq. Final seriyasında “Olimpiakos” ilə 5 dəfə qarşılaşdıq. 2:2 hesablı bərabərlikdən sonra 5-ci matçda 3:1 hesabı ilə qalib gəldik. Uzun müddətdən sonra “Panatinaikos” ölkə çempionu titulunu qazandı. Bu gözəl qələbə münasibəti ilə komanda yoldaşlarımı və klubumuzun bütün əməkdaşlarını təbrik edirəm”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər