Millimizin kapitanından 8 xal, komandası liderliyini möhkəmləndirdi

Millimizin kapitanından 8 xal, komandası liderliyini möhkəmləndirdi

Voleybol üzrə Azərbaycan milli komandasının kapitanı Ayşən Abduləzimovanın çıxış etdiyi “Vaşaş” Macarıstan çempionatında növbəti qələbəsini qazanıb.

Fanat.Az xəbər verir ki, son çempion evdə “Uypeşt”ə 3:0 hesabı ilə qalib gəlib. 

Ayşən matç ərzində 8 xal toplayıb.

Səkkiz turdan sonra hesabında 23 xal olan “Vaşaş” “Bekeşçaba”nı 2 xal qabaqlayaraq turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər