Millimizin hücumçusu Portuqaliyada qol hesabını açdı

Millimizin hücumçusu Portuqaliyada qol hesabını açdı

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Portuqaliya çempionatında qol hesabını açıb.

Fanat.Az xəbər verir ki, 22 yaşlı forvard VI turda fərqlənməyi bacarıb.

Müqavilə ilə “Vulverhempton”a məxsus olan, “Tondela”da icarə əsasında çıxış edən Renat “Braqa” ilə səfər matçında qol vurub. 79-cu dəqiqədə meydana daxil olan Renat 7 dəqiqə sonra “Tondela”nın qarşılaşmadakı yeganə qolunun müəllifi olub.

Görüş “Braqa”nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Tondela” 6 turdan sonra 3 xalla turnir cədvəlinin 16-cı pilləsində yer alır. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər