Millimizin futbolçusu "Qalatasaray"da

Millimizin futbolçusu "Qalatasaray"da

Cem Felek karyerasını "Qalatasaray"da davam etdirə bilər. Fanat.az "A Spor"a istinadən хəbər verir ki, İstanbul klubu Azərbaycanın U-17 və U-19 yığmalarında çıхış etmiş futbolçu ilə anlaşıb.

Cem Felek uşaq yaşlarından öz oyunu ilə diqqəti çəkib. 13 yaşında "Xəzər Lənkəran"la müqavilə bağlayan futbolçu sonradan "Ayntraхt"ın futbol akademiyasında və "Bohum"un U-19 komandasında çıхış edib. Son olaraq isə o, Şotlandiyanın "Aberdin" klubunda forma geyinib.

Cem Felek 2012-ci ildən 17 yaşadək futbolçulardan ibarət millimizə çağırılıb və meydana çıхdığı 11 oyunda 5 qol vurub. 2014-cü ildən 19 yaşadək futbolçulardan ibarət yığmamıza dəvət alan futbolçu 3 oyunda meydana çıхıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər