Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - "Panatinaikos" (Yunanıstan) matçının hakimləri müəyyənləşib. Fanat.az хəbər verir ki, UEFA qarşılaşmanı slovakiyalı ədalət təmsilçilərinə tapşırıb.
Oyunu İvan Krujilak idarə edəcək. Ona Tomas Somolani və Tomas Mokoş yardımçı olacaq. Dördüncü hakim funsiyasını Peter Kraloviç yerinə yetirəcək. Hakimlərin işinə ispan hakim-inspektoru Manuel Mefito Qonzales qiymət verəcək. UEFA nümayəndəsi isə avstriyalı Volfqanq Triyefter olacaq.
İvan Krujilak artıq iki dəfə milli komandalarımızın iştirakı ilə keçirilən oyunları idarə edib. O, ilk dəfə 2011-ci ilin 6 sentyabrında Belçikada baş tutan Belçika və Azərbaycan U-21-ləri arasındakı oyunda ədaləti qoruyub. Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən matçda belçikalılar 4:1 hesablı qələbə qazanmışdı. Referi yığmamızdan Eşqin Quliyevlə Cavid İmamverdiyevə sarı vərəqə göstərmişdi.
Növbəti dəfxə o, Xorvatiya və Azərbaycanın U-19 yığmaları arasındakı Avropa çempionatının seçmə mərhələ matçını idarə edib. Zaqrebdəki oyunda хorvatlar 7:1 hesablı qələbə qazanıb. Referi yığmamızdan Fuad Bayramova, Samir Yusifova və Taşkın İlterə sarı vərəqə göstərib.
Fanat.az