Millimizin ev oyunları Sumqayıtda keçiriləcək

Millimizin ev oyunları Sumqayıtda keçiriləcək

21 yaşadək futbolçulardan ibarət millimizin  Avropa çempionatının seçmə mərhələsindəki ilk ev oyunlarının yeri müəyyənləşib. Fanat.Az xəbər verir ki, gənclər millisi oktyabrda baş tutacaq hər iki matçı Sumqayıtda keçirəcək. Yığmamızın qarşılaşmaları “Kapital Bank Arena”da baş tutacaq. Komandamız oktyabrın 8-də Xorvatiya, 12-də Finlandiyanı qəbul edəcək.

Qeyd edək ki, Milan Obradoviçin başçılıq etdiyi U-21 millimiz seçmə mərhələyə səfər matçları ilə start verəcək. Komandamız sentyabrın 2-də Xorvatiyanın, 7-də Avstriyanın qonağı olacaq.

Mirağa  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər