Millimizin Avropa Liqasındakı oyunlarının təqvimi açıqlandı

Millimizin Avropa Liqasındakı oyunlarının təqvimi açıqlandı

Kişi voleybolçular arasında Gümüş Avropa Liqasının 2022-ci il mövsümünün təqvimi açıqlanıb.

Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının da oyunlarının vaxtı müəyyənləşib. A qrupunda mübarizə aparacaq millimiz iki rəqiblə üz-üzə gələcək. İlk oyununda – mayın 28-29-da Macarıstanı qəbul edəcək komandamız iyunun 4-5-də Finlandiyanın qonağı olacaq.

Millimiz ikinci dövrəyə Finlandiya ilə ev matçı ilə başlayacaq. Qarşılaşmanın iyunun 11-12-də keçirilməsi nəzərdə tutulub.

İyunun 18-19-da baş tutacaq son turda yığmamız Macarıstanın qonağı olacaq.

Qeyd edək ki, Gümüş Avropa Liqasının “Dördlər finalı” iyunun 25-26-da keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər