Millimizin AVRO-2023-ün seçmə mərhələsi üçün heyəti açıqlandı

Millimizin AVRO-2023-ün seçmə mərhələsi üçün heyəti açıqlandı

Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparacaq qadın voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

Federasiyadan Fanat.Az-a verilən məlumata görə, yığmanın baş məşqçisi Eldar Yusubov heyətə 14 voleybolçu daxil edib.

Bunlar Ayşən Abduləzimova, Kristina Besman, Marqarita Stepanenko, Aynur İmanova, Yuliya Kərimova, Olena Xarçenko, Yelizaveta Ruban, Odina Əliyeva, Mariya Kirilyuk, Bəyaz Alıyeva, Şəfaqət Alışanova, Anastasiya Mertsalova, Nikalina Başnakova və Valeriya Kondratyevadır.

Qeyd edək ki, Azərbaycan millisi təsnifat mərhələsində ilk oyununu bu gün Bakıda Gürcüstana qarşı keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər