Millimiz sonuncu oyunda da məğlub oldu

Millimiz sonuncu oyunda da məğlub oldu

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında sonuncu oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi komanda Polşa ilə üz-üzə gəlib.

Qarşılaşma millimizin məğlubiyyəti ilə bitib - 0:3 (9:25, 11:25, 9:25).

Komandamız əvvəlki dörd oyunda Estoniya, Latviya, Ukrayna və Litvaya da eyni hesabla yenilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər