Millimiz Serbiyada ilk məşqini etdi - FOTOLAR

Millimiz Serbiyada ilk məşqini etdi - FOTOLAR

Avropa çempionatında iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Serbiyada ilk məşqinə çıxıb.

Fanat.Az xəbər verir ki, Vüqar Əliyevin rəhbərlik etdiyi seçməmiz avqustun 18-də paytaxt Belqradda yerləşən “Stark” idman zalında məşq edib.

Xatırladaq ki, A qrupunda yer alan komandamız Avropa çempionatında ilk matçını avqustun 20-də Belçika seçməsinə qarşı keçirəcək. Millimiz qrupda həmçinin Bosniya və Hersoqovina, Rusiya, Serbiya və Fransa yığmaları ilə qarşılaşacaq.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər