Millimiz "Qəbələ"yə uduzdu

Millimiz "Qəbələ"yə uduzdu
Tovuzda "Turan Tovuz” Futbol Akademiyasında təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
 
Fanat.Az xəbər verir ki, "Qəbələ”nin U-19 komandası ilə qarşılaşan millimiz 2:3 hesabı ilə məğlub olub.
 
U-17-nin qollarını penaltidən Sənan Ağalarov və İbrahim Ağayarov vurub.
 
Millimiz hazırlıq çərçivəsində son oyununu martın 2-də "Kəpəz”ə qarşı keçirəcək.
 
Xatırladaq ki, komandamız ilk sınağında yerli "Turan Tovuz” komandasını 2:0 hesabıyla üstələmişdi.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər