AVRO-2016-nən seçmə mərhələsi çərçivəsində baş tutacaq İtaliya - Azərbaycan oyununun baş hakimi müəyyənləşib. Fanat.az xəbər verir ki, UEFA qarşılaşmanı türk hakimlərə tapşırıb.
Oktyabrın 10-da Palermoda baş tutacaq oyunu Hüseyn Göçek idarə edəcək. Onun köməkçilərinin adı hələ açıqlanmayıb.
Qeyd edək ki, Göçek avqustun 21-də Avropa Liqasının pley-off mərhələsinin "Partizan" - “Neftçi” matçını idarə etmişdi. Həmin oyunda 2:0 hesablı üstünlük əldə edən təmsilçimiz sonradan 3 top buraxaraq meydanı məğlubiyyətlə tərk etmişdi.
Fanat.az