Millimiz Gürcüstana getdi

Millimiz Gürcüstana getdi

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının təsnifat mərhələsinin növbəti oyunu üçün bu gün Gürcüstana yola düşüb.

Fanat.Az xəbər verir ki, D qrupunda yer alan millimiz avqustun 24-də yerli yığma ilə üz-üzə gələcək. Paytaxt Tbilisidə baş tutacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Kollektivimiz qrupdakı ilk oyununda Gürcüstana 3:0 hesabı ilə qalib gəlib. Yığmamızın D qrupundakı digər rəqibləri Sloveniya və Avstriyadır. 

Təsnifat mərhələsində 24 komanda 6 qrupa bölünüb. Qrupda birinci və ikinci olacaq kollektivlər final mərhələsinə yüksələcək. 

Qeyd edək ki, AVRO-2023-ün final mərhələsinə Belçika, İtaliya, Estoniya və Almaniya ev sahibliyi edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər