Millimiz Danimarkayla bacarmadı

Millimiz Danimarkayla bacarmadı

Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayıb.

Fanat.Az xəbər verir ki, mllimiz A qrupundakı ilk matçını Bakıda Danimarka yığmasına qarşı keçirib. Voleybol Mərkəzində baş tutan görüşün ilk setini qonaqlar 25:22 hesabı ilə aktivinə yazıb. İkinci setdə millimiz qalib gəlsə də (25:23), rəqib növbəti hissələrdə üstün olaraq (25:16, 25:16) oyunun yekun hesabını müəyyənləşdirib - 3:1.

Pərviz Səmədovun komandası növbəti turda Türkiyə millisi ilə qarşılaşacaq. Görüş avqustun 6-da Voleybol Mərkəzində keçiriləcək.

Qeyd edək ki, təsnifat mərhələsində 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.

AVRO-2023-ün seçmə mərhələsi

A qrupu

I tur

Azərbaycan - Danimarka 1:3 (22:25, 25:23 16:25, 16:25)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər