Millimiz Belarusu seçdi

Millimiz Belarusu seçdi

Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlaşan kişi voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını ölkə xaricində davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, Pərviz Səmədovun rəhbərlik etdiyi komanda hazırlığın növbəti mərhələsini Belarusun paytaxtı Minskdə keçəcək. 

Voleybolçularımız səfərə iyulun 9-da yollanacaq. Minskdə komandamızın yerli yığma ilə bir neçə yoxlama matçı da planlaşdırılır. Buradakı hazırlıq iyulun 16-da başa çatacaq. 

Yığmamız Bakıya Belarus seçməs ilə birgə qayıdacaq. İki komanda paytaxtda hazırlıq keçməklə yanaşı, yenidən bir neçə sınaq görüşündə gücünü yoxlayacaq. 

Qeyd edək ki, mayın 15-dən hazırlığa başlayan milli AVRO-2023-ün təsnifat mərhələsində A qrupunda Türkiyə və Danimarka yığmaları ilə mübarizə aparacaq. V İslam Həmrəyliyi Oyunlarında isə komandamız Sudan, Mərakeş və Kamerun milliləri ilə A qrupunda qüvvəsini sınayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər