Millimiz AÇ ilə İslamiadanın hazırlıqlarına başladı

Millimiz AÇ ilə İslamiadanın hazırlıqlarına başladı

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına Bakıda start verib.

Federasiyadan Fanat.Az-a verilən məlumata görə, V İslam Həmrəyliyi Oyunlarına, eləcə də AVRO-2023-ün təsnifat mərhələsinə hazırlaşan komanda ilk məşqini “Murov” Voleybol Klubunun idman zalında keçirib.

25 idmançının cəlb olunduğu toplanışa Eldar Yusubov rəhbərlik edir. Ona Vüqar Əliyev və Emin Əbilov köməklik göstərirlər.

Qeyd edək ki, Azərbaycan yığması AVRO-2023-ün təsnifat oyunlarında Sloveniya, Gürcüstan və Avstriya seçmələri ilə birlikdə D qrupunda mübarizə aparacaq. Komandanın İslamiadadakı rəqibləri isə hələlik məlum deyil.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər