Avropa çempionatının II təsnifat mərhələsində iştirak edəcək Azərbaycanın 18 yaşadək voleybolçu qızlardan ibarət millisi İspaniyaya yola düşüb.
Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Komanda Milli Kadis şəhərində təşkil olunacaq turnirdə C qrupunda mübarizə aparacaq. Şahin Çatmanın rəhbərlik etdiyi komanda qrupda meydan sahibi ilə yanaşı, Estoniya və Niderland ilə qarşılaşacaq. Təmsilçimiz ilk oyununu martın 27-də meydan sahibi İspaniyaya qarşı keçirəcək.
Qeyd edək ki, II təsnifat mərhələsində 20 komanda 5 qrupda yarışacaq və yalnız qrup birinciləri AÇ-2026-nın final mərhələsinə vəsiqə qazanacaqlar.
AÇ-2026 C qrupu 27 mart
20:00. Estoniya – Niderland 22:30. İspaniya – Azərbaycan
28 mart
20:00. Niderland – Azərbaycan 22:30. Estoniya – İspaniya
29 mart
20:00. Azərbaycan – Estoniya 22:30. Niderland – İspaniya