Millətlər Liqası: Azərbaycan Slovakiyada uduzdu

Millətlər Liqası: Azərbaycan Slovakiyada uduzdu

Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti matçına çıxıb.

Fanat.Az xəbər verir ki, Fernandu Santuşun çalışdırdığı kollektiv səfərdə Slovakiya yığması ilə qarşılaşıb.

Koşitse şəhərindəki “Koşitse Futbol Arenası”nda reallaşan görüş Bakı vaxtı ilə saat 20:00-da start götürüb. Oyunu polşalı FIFA referisi Damian Silvestrjak idarə edib.

Meydan sahiblərinin ilk yarım saatda vurduğu iki qol matçın ümumi nəticəsini müəyyənləşdirib.

Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasındakı ilk matçında Bakıda İsveç seçməsinə uduzub - 1:3.

UEFA Millətlər Liqası C Liqası, I qrup II tur 8 sentyabr

Slovakiya - Azərbaycan 2:0 

Qollar: Duda, 22-pen. Strelets, 26. Baş hakim: Damian Silvestrjak (Polşa). Koşitse, “Koşitse Futbol Arenası”

Slovakiya: Martin Dubravka, Norbert Dyomber, Milan Şkrinyar, Adam Obert, David Hanzko, Stanislav Lobotka, Ondrey Duda, Yuray Kuçka, Tomaş Suslov, Lukaş Haraslin, David Streleç

Azərbaycan: Mehdi Cənnətov, Rahil Məmmədov, Bədavi Hüseynov, Amin Seydiyev, Elvin Cəfərquliyev, Elvin Camalov, Aleksey İsayev, Emil Mustafayev, Toral Bayramov, Ozan Can Kökçü, Renat Dadaşov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər