Millətlər Liqası: Azərbaycan millisi Litvaya qalib gəldi

Millətlər Liqası: Azərbaycan millisi Litvaya qalib gəldi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında bu gün növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz səfərdə Litva yığması ilə qarşılaşıb. 

Vilnüsdəki “Jalgiris” stadionunda baş tutan qarşılaşmadan futbolçularımız qalib ayrılıblar. 

Qeyd edək ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv aprelin 8-də səfərdə Monteneqro ilə üz-üzə gələcək. Qrupda ilk görüşünü Bakıda monteneqrolulara qarşı keçirən millimiz startda qolsuz heç-heçə ilə kifayətlənib. 

UEFA Millətlər Liqası (Qadınlar) C Liqası, IV qrup 4 aprel   Litva - Azərbaycan 0:2 Qollar: Esra Manya, 21. Nigar Mirzəliyeva, 56. Hakimlər: Marina Zeçner, Biljana İskin, Linda Tyeme, Lena Hirtl (hamısı Avstriya) Jalgiris stadionu. Saat 19:30

1. Monteneqro 2 1 1 0 3-1 4 2. Azərbaycan 2 1 1 0 2-0 4 3. Litva 2 0 0 2 1-5 0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər