Millət vəkili: "Neftçi"də tərbiyəvi iş yetərli səviyyədə olsaydı..."

Millət vəkili: "Neftçi"də tərbiyəvi iş yetərli səviyyədə olsaydı..."
"Qarabağ"ın özünün və adının Avropa Liqasında yer alması Azərbaycan adına ciddi uğurdu. Mən futbolda yaxşı oyundan daha çox, nizam-intizam və tərbiyəyə ciddi əhəmiyyət verirəm. "Neftçi"də tərbiyəvi iş yetərli səviyyədə olsaydı, turu keçə bilərdi. Hətta uduzanda daha çox rəqibə qarşı tərbiyəli davranmalısan". Fanat.az xəbər verir ki, bu sözlər millət vəkili Fazil Mustafaya məxsusdu.
Deputat "Facebook" səhiəfəsində "Qarabağ"la "Neftçi"nin çıxışına münasibət bildirib: "Qarabağ" futbolçularının alicənablığını və intizamlı davranışını xüsusilə qeyd etməliyəm. Məhz bu amil fədakar oynayan komandanın güclü bir Hollandiya komandasınının Avropa Liqasına gedən yolunu kəsdi. Bir şeyi də qeyd edim ki, kimlərsə bir neçə gün öncə bir şəxsin stadionda namaz qılmasını bəhanə edərək belə bir informasiya yayırdı ki, "Qarabağ"ı vəhabilər dəstəkləyir. Sadəcə bu utanmazlar bir azərbaycanlı məşqçinin illərdi sabit uğurunu, insanlarımıza gətirdiyi sevinc anlarını kölgələmək üçün belə ucuz, sifarişli variantlardan istifadə edirlər. Kimsə stadionda araq içəcək, dərhal yazacaqsınız ki, filan komandanı alkoqoliklər dəstəkləyir? Bu qədər paxıllıq duyğusu daşımaq doğru deyil. Komandada kimlərsə inanclı insanlardı deyə, dərhal yarlıqlar qoşaraq həvəsdən salmaq yanlış hərəkətlərdi. Əminəm ki, qrup mərhələsindəki fədakar oyunu ilə "Qarabağ" bir çoxlarını utandıracaq. Kaş ki, oyunlarını da Qarabağda keçirib, o bölgənin insanlarının da xoş ovqat qazanmasına töfhə verərdi. Komandanın sponsorlarını, Qurban Qurbanov başda olmaqla məşqçi heyətini, bütün futbolçularını təbrik edirəm".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər