"Milan"ın futbolçusu bu klubla anlaşdı - Sabah rəsmən açıqlanacaq

"Milan"ın futbolçusu bu klubla anlaşdı - Sabah rəsmən açıqlanacaq

Hücumameylli yarımmüdafiəçi Aleksis Salemakers “Milan”dan “Bolonya”ya keçir. 

Fanat.Az xəbər verir ki, informasiyanı İtaliyanın "Sky" nəşri yayıb. 

Mənbənin məlumatına görə, klublar artıq müqavilə ilə bağlı razılığa gəliblər. Transferin çərşənbə axşamı rəsmən elan olunacağı bildirilir.

Aleksis Salemekers "Milan"ın heyətində müxtəlif yarışlarda 140 rəsmi oyun keçirib. Futbolçu bu görüşlərdə 10 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.  "Transfermarkt" belçikalı futbolçunun dəyərini 15 milyon avro qiymətləndirir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər