"Çelsi"nin hücumçusu Romelu Lukaku sabiq komandasına - Milan "İnter"inə keçəcəyinə ümid etdiyini deyib.
Fanat.Az xəbər verir ki, "Sky Sport" Lukakunun söylədiklərini belə çatdırıb:
"Ümid edirəm ki, bir gün "İnter"ə qayıdacağam. Ancaq bunun karyeramın qürub çağında baş verməsini arzulamıram. Ora formamın zirvəsində dönmək istəyirəm ki, birlikdə böyük qələbələr qazanaq".
28 yaşlı Lukaku 2019-2021-ci illər aralığında "İnter"də çıxış edib. O, ötən mövsüm milanlılarla A Seriyasının çempionu olub.