Meydana fərqli nömrə ilə çıxdı, klubunu ziyana saldı - Azərbaycanda

Meydana fərqli nömrə ilə çıxdı, klubunu ziyana saldı - Azərbaycanda
AFFA İntizam Komitəsi I Divizionda çıxış edən "Qaradağ Lökbatan" klubunu cərimələyib.
Fanat.Az xəbər verir ki, buna XIV turun "Sumqayıt-2" klubu ilə oyununda Lökbatan təmsilçisinin futbolçusu Cavidan Qasımlının yol verdiyi yanlışlıq səbəb olub. O, sifariş vərəqəsində qeyd olunmuş nömrəsindən fərqli nömrəli formada meydana çıxdığı üçün klubunu 80 manat ziyana salıb.
Bundan başqa, həmin matçda "Sumqayıt-2" klubunun futbolçusu Tahir Zeynalov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Klub isə 20 manat cərimə ödəyəcək.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər