Metropoliten "Qəbələ"yə "hə" dedi

Metropoliten "Qəbələ"yə "hə" dedi
Sabah "Qəbələ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda - "Bakcell Arena"da Rusiyanın "Krasnodar" klububu qəbul edəcək. Matç saat 22.00-da start götürəcək. 
Fanat.az xəbər verir ki, "Qəbələ" İdman Klubu qarşılaşmanın gec saatda başa çatacağını nəzərə alaraq Bakı Metropoliteninə sabah iş rejiminin saat 01.00-dək uzadılması xahişi ilə müraciət edib. Müraciət Bakı Metropoliteni tərəfindən müsbət cavablandırılıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər