Məsut Özilin İngiltərə Premyer Liqasının VIII turunun "Fulhem"lə oyununda iştirak etməməsinin səbəbi açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Atsenal"ın baş məşqçisi Unai Emeri mlumat verib. Çalışdırıcı bildirib ki, türk əsilli yarımmüdafiəçi "Qarabağ"la Avropa Liqasının qrup mərhələsinin matçında (3:0) zədələnib:
"Şənbə günü o, məşqə gəldi, ancaq çiynində ağrılar hiss etdiyi üçün hazırlıq prosesində iştirak edə bilmədi. Ona görə də "Fulhem"lə matçda meydana çıxa bilmədi".
Qeyd edək ki, "Fulhem" - "Arsenal" oyunu 5:1 hesabı ilə qonaqların xeyirinə başa çatıb.
Fanat.Az