Məşhur türk futbolçu Bakıya gəldi

	Məşhur türk futbolçu Bakıya gəldi
"Bavariya", "Real" və "Qalatasaray" kimi komandalarda oynamış türkiyəli veteran futbolçu Hamit Altıntop da Bakıya gəlib.
Fanat.Az AFFA-nın rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, martın 3-də keçiriləcək "Bakı 2019: Ulduzlar Finalı" yoldaşlıq oyununda dünyaca məhşur veteran futbolçularla yanaşı, Altıntop da meydana çıxacaq. Oyun Bakıdakı Avropa Liqasının finalı ilə əlaqədar təşkil olunacaq.
Qeyd edək ki, Hamitdən başqa, keçmiş futbolçular Eydur Qudyonsen, Maykl Esyen, Anderson Luis de Souza (Deku), Yeju Dudek, Revaz Arveladze və Nihat Kahveci də yoldaşlıq oyununda iştirak edəcək. Görüş saat 11:00-da başlayacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər